Laçın – Ermənistanla Dağlıq Qarabağ arasındakı əsas yolun keçdiyi Azərbaycan şəhəridir. İkinci Qarabağ müharibəsinin sona çatmasına dair razılaşma şərtlərinə görə, Laçın rayonu dekabrın 1-dən Azərbaycanın nəzarətinə keçəcək, yalnız 5 km enində koridor Rusiya sülhməramlıları nəzarəti altında qalır.
Artıq erməni sakinlər şəhəri tərk edirlər.
Bu barədə BBC-nin Laçından hazırladığı reportajda bildirilir.
“Müharibə zamanı on minlərlə insan bölgəni tərk edib”, – deyə məqalədə əlavə edilib.
Məqalədə hətta şəhər “meri” Narek Aleksanyanın atasının qaçdığı da bildirilir. Kadrlarda onun əşyalarının maşına yığılması əks olunub.
Diasporpress.az