Ölkə

“Erməni vətəndaşlarımız da cəmiyyətimizə inteqrasiya olunmalı, qanunlarımızla yaşamalıdırlar” – RƏY

“Erməni vətəndaşlarımız da cəmiyyətimizə inteqrasiya olunmalı, qanunlarımızla yaşamalıdırlar” – RƏYbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib. Bu məqsədlə martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb. Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak edib. Görüş zamanı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb.

Mövzu ilə bağlı İnterpress.az-a açıqlamasında məsələni şərh edən Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri Toğrul Allahverdili bildirib ki, Qarabağımızdakı erməni əhali ilə danışıqlar başlayıb:

“Azərbaycanda çoxlu sayda xalqlar yaşayır, erməni əhali də azsaylı xalqlardan biridir. Ölkəmizin ərazilərində yaşayan hər bir xalqın nümayəndəsi Azərbaycan vətəndaşıdır.

Digər xalqların nümayəndələri necə yaşayırlarsa, erməni əhalisinin də o cür firavan, sosial rifah içərisində, bərabərhüquqlu yaşamaq haqları var. Odur ki, onlar da cəmiyyətimizə inteqrasiya olunmalıdırlar, Azərbaycan qanunları ilə yaşamalıdırlar.

Artıq bu istiqamətdə ilkin addımlar atıldı, bəşəriyyət üçün xeyirli olsun. Azərbaycan xalqı heç bir zaman düşmənçilik arzusunda olmayıb, heç bir zaman kin, küdurət və ədavət saxlamaq niyyətində olmayıb. Əbədi qonşular olduğumuz üçün mehriban yaşamağa məcburuq”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar davam etdiriləcək.