Erkin Qədirli: “Biz ReAl-da sistem problemini yaratdıq”

“Məni şəxsiyyətlər düşündürmür, mən problemlərin sistem köklərini düşünməyə üstünlük verirəm. Biz, ən çox da mən, "sistem problemi" deyə-deyə öz əlimizlə ReAl-da sistem problemini yaratdıq. Sistem problemində günahkar axtarmağın bir anlamı olmur, amma buna həvəsi olanlar günahı şəxsən məndə görə bilərlər”.

Erkin Qədirli: “Biz ReAl-da sistem problemini yaratdıq”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Məni şəxsiyyətlər düşündürmür, mən problemlərin sistem köklərini düşünməyə üstünlük verirəm. Biz, ən çox da mən, “sistem problemi” deyə-deyə öz əlimizlə ReAl-da sistem problemini yaratdıq. Sistem problemində günahkar axtarmağın bir anlamı olmur, amma buna həvəsi olanlar günahı şəxsən məndə görə bilərlər”.

DiasporPress.az xəbər verir ki, bunu ReAl partiyasının Məclis sədri Erkin Qədirli partiyada baş verən hadisələrə münasibəti zamanı bildirib.

“Son gedişat məni qəzəbləndirdi. Ona görə də dərhal heç nə yazmadım. Azər Qasımlının xətrini çox istəyirəm, dostumdur. Odur ki, o, mənim üçün hər zaman əziz olacaq. Azər seçimini etdi. Onun seçimilə, yumşaq desəm, razı deyiləm, amma ona (seçimə) hörmətlə yanaşıram. Azərin getməyindən faydalanmağa çalışanları da qınamıram”.

Xatırladaq ki, ReAl Partiyası Məclisinin başqanı Azər Qasımlı partiyadan istefa verib.

 

DiasporPress.az