Birləşmiş Ərəb Əmirlikləri İsraildə strateji investisiyalar üçün 10 milyard dollarlıq fond yaradıb.
Bu barədə “Gulf News” nəşri məlumat yayıb.
Qeyd olunur ki, investisiya fondu İsrail və BƏƏ-də energetika, sənaye istehsalı, su təchizatı, kosmik tədqiqat, səhiyyə və aqrar sənaye kompleksi kimi sahələrin inkişafı üçün nəzərdə tutulub.
Fondun həm dövlət, həm də özəl vəsaitlər hesabına formalaşdırılacağı bildirilir.
Diasporpress.az