Diaspor

Ərəb ölkələrinin mətbuatı Azərbaycan xalqının Zəfər sevincinə həsr olunmuş məqalə yayımlayıb

Ərəb ölkələrinin mətbuatı Azərbaycan xalqının Zəfər sevincinə həsr olunmuş məqalə yayımlayıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misirin “Rayetmısr”, “Əl Diplomasi”, Küveytin “Q8Press” portallarında və İordaniyanın “Nayrouz” agentliyinin saytında azərbaycanlı şərqşünas Həşim Məmmədovun “Azərbaycan xalqının Zəfər sevinci” sərlövhəli məqaləsi yayımlanıb.
Məqalədə Azərbaycanın dəfələrlə Ermənistana təxribatçılıq əməllərinə son verməyə dair çağırışlar etdiyi, lakin işğalçı ölkənin sülh prosesini pozaraq Azərbaycanı müharibəyə sürükləmək cəhdini davam etdirdiyi qeyd olunur. Müəllif yazır ki, davam edən COVID-19 pandemiyasına baxmayaraq, Ermənistan BMT-nin atəşkəslə bağlı qlobal çağırışını pozaraq, 2020-ci il sentyabrın 27-də növbəti hərbi təxribat törədib. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edərək bildirib: “Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu öz torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaq”.
Məqalədə diqqətə çatdırılıb ki, erməni təxribatından sonra başlayan Vətən müharibəsi 44 gün sonra şanlı Ordumuzun Zəfəri ilə başa çatıb və düşmən təslim sənədini imzalayıb. Bununla da xalqımız otuz ildən bəri gözlənilən Qələbə sevincini yaşadı. Döyüş meydanında əldə olunan bu qələbələr nəticəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqla Ordunun birliyini və ümumiyyətlə, dünya azərbaycanlılarının həmrəyliyini hamımız bir daha hiss etdik və gördük.
Müəllif yazır ki, dünya azərbaycanlıları düşmən üzərində bu tarixi Zəfəri böyük sevinclə qeyd edir. Azərbaycan xalqı və Ordusu Müzəffər Ali Baş Komandanın ətrafında hər zaman bir yumruq kimi birləşib. İkinci Qarabağ müharibəsində Prezident İlham Əliyevin diplomatik addımları və qaldırdığı yumruq Azərbaycan Ordusu üçün əzm rəmzinə çevrildi və əsgərlərimizə böyük ruh yüksəkliyi verdi.
Bu gün dünya azərbaycanlıları Ordumuzun torpaqlarımızı işğaldan azad etməsinə görə ən xoş anlarını yaşayır və azərbaycanlı olmaları ilə qürur hissi keçirirlər. Müharibə günlərində dinc əhaliyə qarşı törədilən erməni vandallığı xalqımızı düşmənə qarşı daha sıx birləşdirdi.