“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirovun təşəbbüsü ilə Əlcəzair və Misirin nüfuzlu saytlarında Ermənistanın minaladığı ərazilərin xəritələrini Azərbaycana verməməsi ilə bağlı yazı dərc edilib.
Məqalələrdə 44 günlük Vətən müharibəsi və onun nəticələri barədə ətraflı məlumat verilib. Üçtərəfli razılaşmadan uzunmüddət keçməsinə baxmayaraq işğaldan azad edilmiş ərazilərdə Ermənistan tərəfindən basdırılmış minaların xəritəsinin hələ də Azərbaycana təhvil verilmədiyi qeyd olunub. Müəllif minaların insan tələfatına səbəb olduğunu, eləcə də 30 ilə yaxındır Ermənistanın işğalı nəticəsində doğma torpaqlarından didərgin düşmüş insanların öz yurdlarına qayıdışına mane olduğunu bildirib.
Məqalələrlə aşağıdakı linklərdə tanış olmaq mümkündür:
https://alharir.info/خسائر-الألغام-في-قره-باغ-الأذربيجانية/
https://sotbaladna.com/6590/
DİASPORPRESS.AZ