Türkiyə Prezidenti Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz arasında telefon danışığı olub. Liderlər ikitərəfli əlaqələri müzakirə edilblər. Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat verib.
Bu iki ölkə liderlərinin son bir ay ərzində ikinci telefon görüşməsidir.
Türkiyə, 2018-ci ildə İstanbulda jurnalist Camal Qaşıqçının öldürülməsi ilə başlanan gərginlikdən sonra Körfəz Ərəb dövləti ilə əlaqələrini yaxşılaşdırmağa çalışır.
Keçən il Səudiyyəli iş adamları, türk mallarının qeyri-rəsmi boykotunu dəstəkləyərək ticarətin dəyərini 98% azaldıblar.
Ərdoğanın sözçüsü İbrahim Kalın keçən ay Reuters-ə verdiyi açıqlamada Ərdoğan və Kral Salmanın aprel ayında “müsbət çağırış” etdiklərini və iki ölkənin xarici işlər nazirlərinin görüşməyə razı olduqlarını bildirmişdi.
Çərşənbə axşamı baş tutan danışıq, Qahirədə Türkiyə və Misir səlahiyyətliləri arasındakı görüşdən bir gün əvvəl baş verib və bu, Türkiyənin ABŞ-la müttəfiq olan digər bir ərəb dövləti ilə münasibətləri düzəltmək üçün atdığı son addımdır.
Diasporpress.az