Dünya

Ərdoğan: “Terrorçular bu gün səhərdən etibarən Suriyanın şimalını tərk etməyə başlayıb”

"PKK/PYD və YPG terror qruplaşmaları bu gün səhər saatlarından etibarən Suriyanın şimalında nəzərdə tutduğumuz təhlükəsizlik bölgəsini tərk etməyə başlayıb".

Ərdoğan: “Terrorçular bu gün səhərdən etibarən Suriyanın şimalını tərk etməyə başlayıb”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“PKK/PYD və YPG terror qruplaşmaları bu gün səhər saatlarından etibarən Suriyanın şimalında nəzərdə tutduğumuz təhlükəsizlik bölgəsini tərk etməyə başlayıb”.

DiasporPress.az  xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bu gün səhər Milli Müdafiə naziri Hulusi Akarla telefonla danışdım və o, mənə dedi ki, terrorçular nəzərdə tutduğumuz bölgəni tərk etməyə başlayıblar”, Ərdoğan vurğulayıb.

O bildirib ki, Türkiyənin təhlükəsizlik qüvvələri bölgəni tərk etməyəcək və oradakı proseslərə nəzarəti davam etdirəcəklər: “Təhlükəsizlik qüvvələrimiz terrorçuların bölgəni doğurdan da tərk edib-etmədiklərinə nəzarət edəcəklər”.

R.T.Ərdoğan bölgədə atışmaların davam etməsi ilə bağlı yayılan məlumatları təkzib edib. O deyib ki, bununla bağlı məlumatlar təxribatlar xarakterlidir və həqiqəti əks etdirmir: “Mən Milli Müdafiə naziri ilə danışdım, o da dedi ki, bölgədə heç bir atışma yoxdur. Bununla bağlı yayılan məlumatlar dezinformasiyadı. Bunlara inanmayın. Əsas məqsəd əldə etdiyimiz razılaşmanın həyata keçirilməsinə dəstək olmaqdır”.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” adlı antiterror əməliyyatına başlamışdı. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, terror dövlətinin qurulmasına mane, Suriyada əmin-amanlığın yaradılmasına, qaçqınların evlərinə dönməsinə nail olmaqdır.

Ötən gün ABŞ-ın vitse-prezidenti Maykl Pensin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdə olub. O, Ankarada Türkiyə prezidenti R.T.Ərdoğanla görüşüb. Görüşdən sonra bölgədə 120 saat müddətində atəşkəs elan olunması və həmin müddətdə terrorçuların bölgəni boşaltması barədə razılıq əldə olunub.

 

DiasporPress.az