Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz əl-Səudla telefonla danışıb.
Diasporpress.az xəbər verir ki, bu barədə prezident administrasiyası məlumat yayıb.
Məlumata görə, söhbət zamanı iki ölkə arasındakı münasibətlər müzakirə edilib, həmçinin bu il Səudiyyə Ərəbistanının sədrliyi ilə keçiriləcək G20 sammiti ilə bağlı müzakirələr aparılıb.
Prezident Ərdoğan və Kral Salman ikitərəfli münasibətləri yaxşılaşdırmaq və problemləri həll etmək üçün dialoq kanallarını açıq saxlamaqla bağlı razılığa gəliblər.
Diasporpress.az