“Türkiyənin 36 hərbçisi İdlibdə şəhid olub”.
“Demirören Haber Ajansı”nın (DHA) məlumatına görə, bunu Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan deyib.
“Cənab Putin, yolumuzdan çəkilin və bizi Suriya hökuməti ilə baş-başa buraxın”, – Ərdoğan Rusiya Prezidenti Vladimir Putinə Suriyadakı hadisələrlə bağlı müraciətində deyib.
O, eyni zamanda, yeni Suriya qaçqınlarının Türkiyədə yerləşməsini qəbul etməyəcəklərini bildirərək, ölkənin Avropa sərhədini bağlamayacaqlarını da qeyd edib:
“Bu qədər qaçqını saxlamaq məcburiyyətində deyilik”, – deyə Ərdoğan vurğulayıb.
DiasporPress.az