Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş Naziri İmran Xanla görüşüb.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, görüş BMT-nin Cenevrə ofisində baş tutub.
Mətbuata qapalı olan görüş 1 saat 40 dəqiqə davam edib.
Qeyd edək ki, Türkiyə Prezidenti və Pakistanın Baş Naziri Cenevrədə Qaçqınlar üzrə ilk Qlobal Forumda iştirak ediblər.
DiasporPress.az