“ABŞ prezidenti Donald Tramp hərbçilərin Suriya-Türkiyə sərhədindən çıxması əmrini çoxdan versə də bunun icrasına dünən (oktyabrın 6-da –red.) başlanılıb”.
Diasporpress.az Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada keçiriləcək anti-terror əməliyyatı ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
O, xatırladıb ki, oktyabrın 6-da D.Trampla telefonla danışıb: “Axşamkı telefon danışığımızdan sonra geri çəkilmə başlamışdı. Bu təzə bir hadisə deyil, əksinə gecikmiş bir işdir. Cənab Donald Tramp bölgədən çıxmaqla bağlı əmr vermişdi. Ancaq bunun icrasını gecikdirirdilər. Qəbul etdiymiz bir qərar var. Qətiyyətimiz davam edir. Lazım olan təlimatı vermişik”.
DiasporPress.az