Diaspor

“Ən çox qorxduğum şey atamın səsini unutmaqdır” – şəhid polkovnik-leytenantın qızı

“Ən çox qorxduğum şey atamın səsini unutmaqdır” – şəhid polkovnik-leytenantın qızıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətən Müharibəsi Qəhrəmanı Ramiz Cəfərovun Polşada təhsil alan qızı Nigar Cəfərova atasının şəhid olduğu torpaqlarda Diasporla İş üzrə DK-nın internet TV-si olan Diaspor TV-nin “Vətən uzaqda deyil” proqramına müsahibə verib və  atası ilə bağlı xatirələrini danışıb, ailə üzvlərinin keçirdiyi qürur hisslərini bölüşüb.

“Ən çox qorxduğum şey atamın səsini unutmaqdır” – deyən Nigar Cəfərova proqrama atasının səs yazılarını da təqdim edib.

Xatırladaq ki, polkovnik-leytenant Ramiz Cəfərov 2020-ci il Vətən müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin sıralarında Cəbrayıl və Şuşa istiqamətlərində gedən döyüşlərdə vuruşub, Şuşa istiqamətində bir sıra yaşayış məntəqələrinin, həmçinin əlverişli mövqelərin və strateji nöqtələrin azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub.

Nigar Cəfərovanın Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsi günlərində müsahibə verdiyi “Vətən uzaqda deyil” proqramını aşağıdakı linkdə izləmək olar.