Ölkə

Elton Məmmədov yüksək vəzifəyə təyin olundu

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev Elton Məmmədova vəzifə verib.

Elton Məmmədov yüksək vəzifəyə təyin olundubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev Elton Məmmədova vəzifə verib.

Akademik R.Mehdiyevin əmri ilə Elton Məmmədov AMEA-nın “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edib.

Elton Məmmədov Unikal.org-a açıqlamasında xəbəri təsdiqləyib:

“Bəli yeni vəzifəyə təyin olunmuşam. İndi gedirəm yeni işimlə tanış olmağa. Bu səbəbə görə də Azərbaycan Texniki Universitetdəki fəaliyyətimi dayandırmışam”.

Qeyd edək ki, Elton Məmmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır. E.Məmmədov Milli Məclisin eks-deputatıdır. O, hazırkı təyinata qədər Azərbaycan Texniki Universitetində kafedra müdiri vəzifəsində işləyirdi.

DiasporPress.az