Elnur Aslanov siyasi meydana qayıdır – PA, yoxsa Parlament?

Prezident Aparatının keçmiş şöbə müdiri Elnur Aslanov yenidən siyasi meydana dönür.

Elnur Aslanov siyasi meydana qayıdır – PA, yoxsa Parlament?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Prezident Aparatının keçmiş şöbə müdiri Elnur Aslanov yenidən siyasi meydana dönür.

BakuPost-ın Elnur Aslanova yaxın şəxslərdən aldığı məlumata görə, Azərbaycan hökuməti ona yenidən etimad göstərəcək.

Bəziləri ona Prezident Aparatında vəzifə veriləcəyini bildirir. Amma daha yaxın çevirə Elnur Aslanovun Parlament seçkilərinə qatılacağı barədə qəti qərarın qəbul olunduğunu söyləyirlər: “Seçkilərə qatılması bir-iki gün ərzində elan ediləcək”.

Qeyd edək ki, E.Aslanov 2007-2014-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri olub. Oradakı vəzifəsindən çıxarılandan sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Bu postunu isə 2016-cı ildə itirib.

Bundan sonra ABŞ-a oxumağa gedib və Harvard Business Schoolun məzunu olub. Hazırda bizneslə məşğuldur.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, iki kitab müəllifidir.

DiasporPress.az