Diaspor

Elin Süleymanov: Radikallar tərəfindən Azərbaycan səfirliyinə hücum qəbuledilməzdir və barbarlıqdır

Elin Süleymanov: Radikallar tərəfindən Azərbaycan səfirliyinə hücum qəbuledilməzdir və barbarlıqdırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə radikallar tərəfindən edilən hücum qəbuledilməzdir və barbarlıqdır.

Bunu Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov özünün tviter hesabında bildirib.

Diplomat yazıb: “Bu, diplomatik binaların toxunulmazlığı prinsipinin birbaşa pozulmasıdır. Mən hazırda Bakıdayam. Təhdidlərə baxmayaraq, həmkarlarımızın təhlükəsizlikdə olduqlarını görməkdən məmnunam”.

Səfir, həmçinin vurğulayıb ki, səfirlik rəsmiləri də daxil olmaqla, vətəndaşlarımızın təhlükəsizliyi bizim əsas prioritetdir. “Londonda olan azərbaycanlı diplomatlar təhdid və təhlükə altında belə Azərbaycanın Böyük Britaniyadakı səfirliyindəki fəaliyyətlərini davam etdirirlər”, – deyə o qeyd edib.