Dünən Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilib. Yeni Azərbaycan Partiyası da bu seçkilərdə iştirak edib.
DiasporPress.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər” mövzusunda konfransda YAP-ın sədr müavini Əli Əhmədov bildirib.
Onun sözlərinə görə, Mərkəzi Seçki Komissiyası tərəfindən ilkin nəticələr elan olunub:
“Bizim seçki məntəqələrində olan müşahidəçilərimizin apardığı müşahidələrə əsasən qeyd edə bilərəm ki, YAP-ın bələdiyyə seçkilərində namizədləri seçicilərin çoxunun dəstəyini qazanıb.
İnsanların rifahının yaxşılaşması ilə əlaqədar Prezident İlham Əliyevin təşəbbüsü ilə böyük sosial layihələrin həyata keçirilməsi insanlar tərəfindən yüksək qiymətləndirilir”.
DiasporPress.az