Eldəniz Səlimov : “Ermənistanın müstəqilliyi də qondarma və saxta xarakter daşıyır”

Eldəniz Səlimov : “Ermənistanın müstəqilliyi də qondarma və saxta xarakter daşıyır”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Moskvadakı paradda Ermənistan hərbçiləri sovet bayraqları ilə keçid etdi. Bilmək istərdik ki, sözdə özünü müstəqil adlandıran Ermənistanın paradda sovet bayraqları ilə keçid etməsi Ermənistanın sözün həqiqi mənasında müstəqil olmadığını, bu gün də özünü SSRİ-nin varisi olan Rusiyanın bir əyalət kimi gördüyünün təsdiqi sayıla bilərmi?

Bu, Ermənistanın müstəqil olmadığını, yarımmüstəmləkə, forpost olduğunu bir daha açıb ortaya qoydu. Onsuz da hər kəs, elə özləri də yaxşı bilir ki, onların müstəqillikləri formal xarakter daşıyır, onlar məlum dövlətin bir əyaləti, vassalıdır. Cünki onların dövləti və dövlətçiliyi olmayıb. Onlar mövcud olduqları əraziyə başqa ölkələrdən köçürülüblər, yerli sakinlər deyil. İndiki Ermənistan adlanan ərazi Qərbi Azərbaycan torpaqlarıdır, İrəvanın, Zəngəzurun, Göycənin, Dərələyəzin hesabına yaradımış bir dövlətdir. İndi də arxalandıqları böyük dövlətinin və digər güclərin hesabına yaradılmış bir dövlətdir. Yəni, öz dövlətləri, öz torpaqları deyil, bu baxımdan, onların müstəqilliyi də qondarma və saxta xarakter daşıyır. Onlar heç zaman müstəqil siyasət apa bilməyiblər və bu gedişlə, bu xəstə təfəkkürlə bundan sonra da müstəqil dövlətçilik kursu yeridə bilməyəcəklər. Həmişə asılı, dilənən, ələbaxan olacaqlar. Bu, onların taleyi və tarixin haqlı ironiyasıdır. Özünüz də şahidsiniz ki, ötən əsrin 90-cı illərində, yəni, Levon Ter-Pertosyanın hakimiyyətinin son illərində və eləcə də, 1999-cu ildə  istədilər, cəhd etdilər ki, oyun qaydalarını pozub, müstəqil addım atsınlar. Dərhal hərbi canı Robert Koçaryanın əli ilə çevriliş həyata keçirildi və müstəqllliyə meylli Pertosyan hakimiyyətdən devrildi. Eyni zamanda, yenə də cinayətkar Koçaryanın birbaşa göstərişi və icraçılığı ilə dünyanın gözü qarşısında Ermənistan parlamenti gülləbaran edildi, qanlı qətliam törədildi. Guya ki, ruhi xəstə olan bir şəxsin bu qətliamı törətdiyi bildirildi, ancaq bunun arxasında kimlərin və hansı güclərin durduğu bəlli idi. Yəni, bunlar istəsələr də, bu torpaqlarda qondarma Ermənistan dövlətini yaradanlar, onu himayə və vassalı, əyaləti kimi idarə edənlər heç zaman müstəqilliklərinə, müstəqil davranışlarına imkan verməyəcəklər. Çünki boğazlarındakı ip, kəndir başqalarının əlindədir. Onların yalnız bir xilas yolu var. Bu da  illərdir düşmənçilik, nifrət siyasəti yeritdikləri qonşu Türkiyə və xüsusilə, ərazilərini himayədarlarının birbaşa dəstəyi ilə işğal etdikləri Azərbaycanla münasibətlərin normallaşdırılmasıdır. Əgər onların ağlı, gücü, dərrakəsi yetərsə-bu da çətin görünür-artıq düşmənçilik və təcavüzkarlıq siyasətindən yavaş-yavaş imtina edib hər iki ölkə ilə münasibətləri normallaşdırmaq xəttini tutarlar. Yalnız bu zaman onlar hər cür asılılıqdan və tənəzzüldən, uçurumdan qurtula bilərlər. Hər halda, bu, onların problemidir, bizi maraqlandırmır…

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncədə səfərdə olublar. Ölkə başçısı 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusu ilə tanış olub. Cənab Prezident mühüm Gəncədə mühüm məsələlərə toxunub. Ölkə başçısı bildirib ki, son müddətin dinamikası göstərir ki, bizim bütün tələblərimizə baxmayaraq, bəzi insanlar məsuliyyətsizlik göstərərək elementar qaydalara əməl etmirlər:“Bu qaydalar haqqında artıq bəlkə min dəfə deyilib. Həm mən demişəm, həkimlər deyib, tibb mütəxəssisləri deyib, müxtəlif insanlar deyib. Təkcə Azərbaycanda yox, bütün dünyada bu qaydalar çox sadədir və onlara əməl etmək o qədər də böyük əziyyət tələb etmir. Maska, məsafə və dezinfeksiya. Bu üç əsas amil insanları qoruyur. Əgər bu üç amilə əməl olunarsa, onda yoluxmanın sayı kəskin azalacaq”

Əvvəla, qeyd edim ki, ölkə Prezidentinin və onun ən yaxın silahdaşı-Birinci xanım Mehriban xanım Əliyevanın bölgələri hər biri səfəri yaddaqlan, unudulmaz və tarixi bir səfər olur. Hər bir səfər yeni-yeni obyektlərin, müəssisələrin, yolların, körpülərin açılışları, tarixi məkanların yenidən qurulması və bərpası, inkişafa yönəlik, inkişafa təkan verən yeni-yeni fərman və sərəncamların verilməsi ilə şərtlənir, müsair tariximizə düşür. Ölkə Prezidentinin və Birinci vitse-prezidentin dünənki və srağagünkü səfəıləri də məhz qeyd etdiyim məqamlarla yadda qaldı. İyunun 24-də ölkənin Qərb, Gəncəbasar bölgəsinə, ikinci böyük şəhərimizi Gəncəyə (o cümlədən, Samuxa) səfər edən ölkə Prezidenti və Birinci xanım bir sıra yeni obyektlərin açılışlarında iştirak etdi, eyni zamanda, tikintisi aparılan, davam etdirilən mühüm əhəmiyyətli obyektləridəki işlərin mövcud durumu ilə yaxından tanış oldular. Bu sıraya Dövlər Aqrar Universitetinin yeni tədris korpusunun, o cümlədən, 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun, tikinti materialları istehsalı zavodunun açılışını və sairi göstərmək olar. Hər biri də olduqca vacib və mühüm əhəmiyyətli obyektlərdir. Xüsusilə də, indiki ağır pandemiya dövründə, az qala iqtisadiyyatın dayandığı bir məqamda bu cür obyektlərin tikilməsi, istifadəyə verilməsi ikiqat, üçqat əhəmiyyətlidir. Bu, həm də dövlətinin gücünün, qüdrətinin, əzminin göstəricisidir. Eyni zamanda, Gəncənin inkişafına təkan verəcək 5 mühüm Sərəncamın verilməsi, büdcədən milyonlarla vəsaitin ayrılması özü böyük bir hadisədir. Azərbaycan dövləti, xüsusilə, dövlət rəhbəri bununla bir daha göstərmiş və təsdiqləmiş olur ki, bütün situasiyalara baxmayaraq, inkişaf, tərəqqi, insanların, vətəndaşların rifahı ən başlıca prioritetdir. Gəncə səfərinin ən mühüm məqamlarından biri də heç şübhəsiz ki, indiki pandemiya dövründə infeksion xəstəliklər korpusunun istifadəyə verilməsi, dövlət başçısı ilə Birinci vitse-prezidentin onun açılışını reallaşdırması, ölkə rəhbərinin tarixi nitq söyləməsidir. Həmin çıxış yalınız özünə, dövlətinə, xalqına sonunacan güvənən, arxalanan bir Liderin nitqidir. O çıxışda, tarixi nitqdə son zamanlar yaşanan məlum  çətinliklərə, sıxıntılara baxmayaraq, Azərbaycanın inkişafa, gələcəyə nikbinliyi, heç nə qarşısında əyilməzliyi açıq şəkildə görünür. Dövlət başçısı həmin çıxışında bütün gerçəklikləri, reallıqları bir daha ortaya qoyraraq, hər bir kəsi, hər bir Azərbaycan vətəndaşını növbəti dəfə məsuliyyətə, həmrəyliyə çağırdı. Tibbi maskadan istifadə etməklə hər kəs yenə nümunə, örnək olduğunu göstərdi. Bildirdi ki, yalnız məsuliyyətli davranışlarla, tibbi maska və əlcəklərdən istifadə etməklə, sosial məsafəni gözləməklə, bir xalq, bir dövlət olaraq, bu bəladan xilas ola, qurtula bilər. O, haqlı olaraq dedi: “Mən maska ilə gəzirəm. Göstərmişəm, bir daha göstərirəm. Bütün qapalı yerlərdə maska taxıram. Yaxşı, indi Prezident bunu edirsə, niyə başqası edə bilməz? Nə çətin şeydi bu? Heç bir əziyyət vermir, heç bir problem yaratmır. Sadəcə olaraq, məsuliyyətsizlik və deyə bilərəm ki, eqoizm və biganəlik. Gənc nəslin nümayəndələri üçün bu xəstəlik o qədər də təhlükəli deyil və hesab edir ki, xəstələnərəm, sağalaram. Axı, yaxşı sən sağalarsan, amma sən yaşlı insanı da yoluxdurarsan. Sən onun həyatını təhlükə altına atırsan. Biz bu məsuliyyətsizliyə dözməliyikmi? Çünki bu, cinayətdir. Ona görə ictimai qınaq və çox ciddi dövlət nəzarəti olmalıdır”. Elə bilirəm ki, bunun əlavə şərhə və izahata da ehtiyacı qalmır. Növbəti və birmənalı mövqedir, mesajdır, çağırışdır, xəbərdarlıqdır. Odur ki, artıq hər  birimiz, hər bir vətəndaşımız bundan düzgün nəticə, dərs çıxarmalı, deyilənlərə, qoyulan tələblərə, verilən qərarlara, karantin şərtlərinə birmənalı və sözsüz əməl etməlidir. Tibbi maska və əlcək taxmalı, sosial məsafəni gözləməli, məsuliyyətsizliyə son qoymalı, özünün və özgələrinin həyatını risk, təhlükə altına salmamalıdır. Son günlərin acı statistikası da bunu hər kəsdən tələb edir. Əgər kimlərsə bu xəbərdarlıqlardan nəticə çıxarmasa, məsuliyyətsizlik göstərməkdə davam edərsə, onlara qarşı da qanun ən sərt üzü ilə, ən sərt formada davranılmalı, ictimai qınaq hədəfinə çevrilməli və yüksək çərimələrlə cərimələnməlidir. Çünki başqa yol qalmır. Yenə də deyirəm, əgər kimlərsə bunu istəmirsə, o zaman bütün tələblərə və şərtlərə sözsüz, birmənalı əməl etməlidirlər. Artıq ərköyünlük, məsuliyyətsizlik, özfəaliyyət ola bilməz və olmayacaq!

 

DiasporPress.az