İspaniya La Liqasında X turun “Barselona” – “Real Madrid” matçı təxirə salınıb.
“Cadena Ser” xəbər verir ki, Kataloniyanın paytaxtındakı etiraz və çaxnaşmalar səbəbindən oyun oktyabrın 26-dan dekabrın 18-nə keçirilib.
Bu barədə qərarı ötən axşam yarışların keçirilməsi üzrə komitə qəbul edib. Görüşün başlama saatı yaxın vaxtlarda müəyyənləşəcək.
Daha əvvəl klublar ev-qonaq oyunlarının yerdəyişməsi haqda razılığa gələ bilməyiblər.
Hazırda “Real” 18 xalla turnir cədvəlində 1-ci yeri tutur, “Barselona” isə 16 xalla 2-ci pillədədir.
DiasporPress.az