Ölkə

“Eğitim Treni” proqramı keçirilib

“Eğitim Treni” proqramı keçirilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

14-17 avqust tarixlərində Türkiyənin İzmir şəhərində “Eğitim Treni” proqramı təşkil olunub.

Diasporpress.az xəbər verir ki, “Eğitim Treni” proqramı İzmir Ekonomi Univeristetinin tərəfdaşlığı, Academic Supportun təşkilatçılığı ilə keçirilib.

Programın əsas məqsədi iki ölkə arasıda təhsil təcrübəsi mübadiləsi, müəllimlər arası şəbəkələşmə, fikir mübadiləsinin aparılması, həmçinin uğurlu təcrübələrin ölkəmizdə tətbiqinə mümkün imkanların yaradılmasından ibarətdir.

“Egitim Treni”nə Bakı, Gəncə, Naxçıvan, Ağdam və Gürcüstanın Marnueli şəhərindən müəllimlər qatıldılar.

Tədbirdə İzmir Ekonomi Universitetinin Rektoru Prof. Dr. Yusuf Hakan Abacıoğlu, Rektor köməkçisi Prof. Dr. Çiğdem Kentmen Çin , Azərbaycanın Təhsil Müşavirliyinin İzmir Təhsil Təmsilçisi Cavid Əliyev, Academic Supportun rəhbəri Afaq Hüseynova çıxış edərək müəllimlərə uğurlar arzuladılar.

İzmir Ekonomi Universitetində start götürən 4 günlük proqram, Alaçatıda təlim və gəzinti proqramı ilə davam etdi. Sonda iştirakçılar sertifikatlarla təltif olundular.