“ƏFSANƏVİ GENERAL” adlı kitabının təqdimat mərasimi keçirildi

“ƏFSANƏVİ GENERAL” adlı kitabının təqdimat mərasimi keçirildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyində “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyinin və Azərbaycan Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Rotterdam şəhərində yaşayan şairə Yasəmən Qaranın şəhid general, “Azərbaycanın Milli Qəhrəmanı” Polad Həşimova həsr etdiyi “ƏFSANƏVİ GENERAL ” adlı kitabının təqdimat mərasimi keçirildi.

Diasporpress.az xəbər verir ki, təqdimat mərasimində Azərbaycanın Niderland Krallığındakı Səfirliyinin birinci katibi Vüsal İbrahimov, Niderlandda fəaliyyət göstərən Azərbaycan və Türk diaspor təşkilat rəhbərləri və media nümayəndələri, şairlər, Niderlandda yaşayan həmvətənlərimiz iştirak etdilər.

Tədbirdə ilk olaraq Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükut ilə yad edildi. Daha sonra tədbiri giriş sözü ilə açan təşkilatçı “Ana Vətən” Avropa azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva gələn qonaqları salamlayaraq Polad Həşimova həsr edilmiş kitabın Niderlandda təqdimat mərasimini təşkil etdiyi üçün çox qürurlu olduğunu bildirdi.

Daha sonra kitabın müəllifi Yasəmən Qara qonaqlara bu kitabı yazarkən keçirdiyi hisslərdən danışdı və kitabın adını niyə məhz “Əfsanəvi General” qoyduğuna diqqət çəkdi. Tədbirdə iştirak edən qonaqlardan BAK –ın sədri Elsevər Məmmədov və onun müavini Sima Cəfərova, Beynəlxalq qadınlar Klubunun sədri Kəmalə Cəlilova, Azerbaycan – Niderland Odlar Yurdu Cəmiyyətinin üzvü Nemətağa Əliyev də çıxışları zamanı şairə xanım haqqında öz ürək sözlərini deyərkən Yasəmən Qaranıın diaspora fəaliyyətinə də nəzər saldılıar.Daha sonra Türk qardaşlarımız Tahsin Çetinkaya, Remzi Kabadayı, Haluk Baştımar, Ümit Akbulu da çıxışları zamanı 44 gün Qarabag müharibəsində keçirdikləri hisslərdən danışanda göz yaşlarını saxlaya bilmədilər onlar Milli Qəhrəman generalmız Polad Həşimovun əziz xatirəsini hörmət ilə andılar.

Qəhrəman generalımız Polad Həşimova həsr edilmiş kitabın təqdimat gecəsində qəhrəmanımızın anası Səmayə xanımın da video vasitəsi ilə dediyi ürək sözləri, oğlu haqqında danışması, xaricdə yaşayan soydaşlarımıza verdiyi xeyir-duası və xoş arzuları hər kəsi kövrəltdi.

Şəhid Elman Əliyevin anası da video görüntü vasitəsi ilə Yasəmən xanımı təbrik etdi və soydaşlarımıza ürək sözlərini dedi.

Musiqili şeirli tədbir Yasəmən xanımın dostlarının onun yazdığı şeirlərdən ibarət təbrik çıxışları ilə davam etdi.

Tədbirə musiqili qonaqlar Opera ve Balet Teatrının solisti, səhnəmizin Leylisi olmuş, I Muğam Televiziya Müsabiqəsinin laureatı Vusalə Cabir, Tar ifaçısı Cavid Səlimov, Respublikanın Əməkdar Artisti, kamança ustası Xəyyam Məmmədov, piano ifacısı İlkin Əlizadə və Bəxtiyar Eybaliev gözəl ifaları ilə rəng qatdılar .

Xanəndə Vüsalə Cabirin muğam ifalarında Yasəmən xanımın şeirlərindən isifade etməsi və məlahətli səsi qürbətdə yaşayan azərbaycanlılarımıza xüsusi zövq verdi. “Ana Vətən” Avropa azərbaycanlı Qadınlar birliyinin rəhbəri Mayisə Ağamirzəyeva Polad Həşimovun adını kitabı ilə əbədiləşdirən şairəmizə təşkilatı adından təşəkkür edərək ona qələm hədiyyə etdi. Azərbaycandan və Almaniyadan gələn musiqiçilər də tədbirin təşkilatçısı Ana Vətən Avropa azərbaycanlı Qadınlar birliyi tərəfindən təltif edildilər.