Ölkə

Efir məkanlarında yol verilən səhvlərin SİYAHISI

Efir məkanında Dövlət dilinin istifadəsi ilə bağlı müəyyən problemlər aşkarlanıb.

Efir məkanlarında yol verilən səhvlərin SİYAHISIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Efir məkanında Dövlət dilinin istifadəsi ilə bağlı müəyyən problemlər aşkarlanıb.

DiasporPress.az xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) 2019-ci il üzrə hesabatında qeyd olunub.

Hesabata əsasən efir məkanlarında müşahidə edilən həmin problemlərin əsas istiqamətləri aşağıdakılardır:

– aparıcıların bir sıra hallarda Azərbaycan ədəbi dilinin normalarına riayət etməməsi, nitqlərində dolaşıqlığa, söz sırasının pozulmasına yol verməsi, məişət dilini efirə çıxarması, bəzən bayağı nitq sərgiləmələri;

– aparıcıların qeyri-dövlət dilində olan söz və ifadələrdən istifadə etmələri;

– aparıcıların dəvət olunmuş xarici dilli qonaqlarla xarici dildə danışmağa meyl etməsi;

– aparıcıların nitqlərində rus və türk dilinin təsirinin hiss edilməsi:

– bəzi aparıcıların ləhcədə danışması;

– verilişlərdə xarici dildə danışan qonaqların nitqinin yalnız subtitrlə tərcümə edilməsi;

– teleradio verilişlərində və reklamlarda tamaşaçı və dinləyici auditoriyasını qıcıqlandıra biləcək kobud sözlər, söyüşlər, qeyri-etik və təhqiramiz ifadələrin işlədilməsi və s.

Paralel olaraq il ərzində ölkə ərazisində fəaliyyət göstərən radio kanalların da növbəli şəkildə monitorinqləri aparılıb. Monitorinqlər zamanı radio kanallar tərəfindən yol verilmiş bir sıra nöqsanlar aşkar edilmiş və müvafiq şəkildə sənədləşdirilib.

Eyni zamanda qeyd olunub ki, radio yayımçılarının efirində qanunvericiliyin tələblərinə riayət olunması istiqamətində ötən illərlə müqayisədə müəyyən müsbət dəyişikliklər diqqəti cəlb etsə də, sponsor reklamları və interaktiv proqramlarda aparıcılar tərəfindən xoşagəlməz davranışlara, ifadələrə yol verməsi ilə bağlı faktlar müşahidə edilib.

 

DiasporPress.az