Eden Azar “El-Klasiko”da iştirak etməyəcək

İspaniyanın "Real Madrid" komandasının futbolçusu Eden Azar La Liqanın X turundan təxirə salınan "Barselona" ilə matçda iştirak etməyəcək.

Eden Azar “El-Klasiko”da iştirak etməyəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın “Real Madrid” komandasının futbolçusu Eden Azar La Liqanın X turundan təxirə salınan “Barselona” ilə matçda iştirak etməyəcək.

DiasporPress.az “Marca”ya istinadən xəbər verir ki, 28 yaşlı belçikalı hücumçu zədə səbəbindən “El-Klasiko”nu buraxacaq. Oyunçunun sağalma müddəti daha sonra açıqlanacaq. Azar Çempionlar Liqasının qrup mərhələsinin V turunda Madriddə Fransa PSJ-si ilə görüşdə (2:2) xəsarət alıb.

Qeyd edək ki, dekabrın 18-də keçiriləcək “Barselona” – “Real Madrid” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

DiasporPress.az