Hakerlər zəngin amerikalı iş adamları İlon Mask, Bill Qeyts və Ceff Bezosun “Twitter” hesablarını sındıraraq, abunəçilərə göstərilən hesaba bitkoin köçürmələri barədə bildiriş göndəriblər.
“Bloomberg” xəbər verir ki, hakerlər məşhur iş adamlarının adından istifadəçiləri əmin ediblər ki, qeyd olunmuş bitkoin hesabına köçürüləcək pulları ikiqat artırılacaq.
Qeyd olunur ki, ABŞ-ın “Apple” və “Uber” şirkətlərinin rəsmi “Twitter” səhifələri də hücuma məruz qalıb.
DiasporPress.az