Azərbaycanda Dünya və Güney Azərbaycanlıları Universitetinin yaradılması təklif edilir.
Diasporpress.az-ın xəbərinə görə, bu təkliflə Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən iclasında çıxış edib.
Onun sözlərinə görə, həmin ali təhsil müəssisəsində dünya azərbaycanlıları ödənişsiz təhsil ala bilərlər.