İtaliya milli komandasının və “Yuventus”un sabiq futbolçusu Mauro Kamoranezi Sloveniya “Tabor”una baş məşqçi təyin olunub.
DiasporPress.az klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 43 yaşlı mütəxəssislə 2021-ci ilin iyununadək müqavilə bağlanılıb. Komandanın sabiq baş məşqçisi Almir Süleymanoviç isə fəaliyyətini Kamoranezinin köməkçisi kimi davam etdirəcək.
İtaliyalı mütəxəssisin son iş yeri 2016-2017-ci illərdə Meksika “Kafetaleros”u olub. 2006-cı ilin dünya çempionu “Koras de Tepik” və “Tiqre”yə də rəhbərlik edib.
Qeyd edək ki, “Tabor” Sloveniyanın yüksək liqasına ötən mövsümün yekununda yüksəlib və hazırda 8-ci yerdə gedir. Çempionatın lideri isə “Olimpiya”dır.
DiasporPress.az