Dünya çempionu Londonda finala çıxa bilmədi

Böyük Britaniyanın paytaxtı Londonda keçirilən Böyük Şahmat Turunun (Grand Chess Tour) finalçıları müəyyənləşib.

Dünya çempionu Londonda finala çıxa bilmədibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın paytaxtı Londonda keçirilən Böyük Şahmat Turunun (Grand Chess Tour) finalçıları müəyyənləşib.

DiasporPress.az xəbər verir ki, 2015 və 2017-ci illərdə bu turnirin qalibi olmuş norveçli dünya çempionu Maqnus Karlsen finala çıxa bilməyib.

O, iki klassik, iki rapid və dörd blits oyundan ibarət partiyalarda fransalı Maksim Vaşye-Laqrava 14,5:15,5 hesabı ilə uduzub. Fransalı şahmatçı dünya çempionundan rapidin “pley-off”una görə üstün olub. Digər yarımfinal görüşündə çinli Dinq Liren ermənistanlı Levon Aronyanı aşkar fərqlə məğlub edib – 19:9.

Beləliklə, Maksim Vaşye-Laqrav finalda Dinq Lirenlə, üçüncülük uğrunda yarışda isə Maqnus Karlsen Levon Aronyanla qarşılaşacaq.

Qalibə 150 min dollar veriləcək. Üçüncü yerin mükafatı isə 60 min dollardır.

Bu gün qrossmeysterlər Böyük Britaniyanın məktəb və cəmiyyətlərində xeyriyyə məqsədilə yoldaşlıq oyunları keçirəcəklər. Həlledici görüşlər isə sabahdan etibarən başlayacaq.

 

DiasporPress.az