Dünya Ahıska Türkləri Birliyinin sədri Ziyəddin Kassanov və təşkilatın bir qrup üzvü Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Cahit Bağçı ilə görüşüb.
Bu barədə diplomatik nümayəndəliyin tviter hesabında paylaşım edilib.
Tanışlıq xarakteri daşıyan görüşdə Z.Kassanov səfirə fəaliyyətində uğurlar arzulayıb.
O, həmçinin Dünya Ahıska Türkləri Birliyinin Azərbaycandakı humanitar yardım və xeyriyyəçilik fəaliyyətləri barədə məlumat verib.
Qeyd edək ki, C.Bağçı aprelin 3-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Azərbaycana səfir təyin olunub.
Diasporpress.az