Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasını məhkəməyə verib.
DiasporPress.az xəbər verir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən Dövlət Xidməti reqress qaydada zərərin əvəzinin ödənilməsi barədə tələb irəli sürüb.
Məhkəmə iddianı təmin etməyib. Qərardan narazı qalan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsi isə şikayəti təmin etməyib.
DiasporPress.az