Hesablama Palatası büdcə proqnozlarının əsaslığının gücləndirilməsi məqsədilə fiskal şuraların yaradılmasını təklif edir.
DiasporPress.az-ın məlumatına görə, bu barədə Hesablama Palatasının “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilib.
Qeyd olunub ki, fiskal şuraların əsas fəaliyyəti dövlətə digər icra strukturu ilə yanaşı, alternativ büdcə qiymətləndirmələrinin, həmçinin, makro-fiskal proqnozlaşdırmanın aparılması və müvafiq hesabatların təqdim edilməsidir.
Hesablama Palatası hesab edir ki, fiskal şuralar dövlətin ictimai maliyyə sahəsində qəbul edəcəyi qərarın etibarlılıq dərəcəsini yüksəldər.
Bildirilib ki, belə bir institutun yaradılması büdcə şəffaflığı və hesabatlılığı işinə mühüm töhfə hesab edilir.
“Hesablama Palatası olaraq Fiskal Şuranın yaradılmasını ölkədə gedən fiskal islahatların dinamikliyini nəzərə alaraq bu işin büdcə proseslərinə əhəmiyyətli töhfə verəcəyini hesab edirik”.
DiasporPress.az