Manşet

Dövlət Komitəsinin sədri Rusiyanın ölkəmizdəki səfiri ilə görüşüb

Dövlət Komitəsinin sədri Rusiyanın ölkəmizdəki səfiri ilə görüşübbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixayıl Boçarnikovla görüşüb. Görüşdə “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin – Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) rəhbəri İrek Zinnurov da iştirak edib.

Görüş zamanı Rusiyadakı Azərbaycan diasporunun mövcud vəziyyəti, Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti, cari planlar, ölkəmizdəki rus icmasının fəaliyyəti, eləcə də qarşılıqlı əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

 

Diasporpress.az