Diaspor

Dövlət Komitəsinin nümayəndə heyətinin Rusiyaya səfəri başlayıb

Noyabrın 26-da Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Azərbaycanın Rusiyadakı səfirliyində Ümummilli lider Heydər Əliyevin büstünü və barelyefini ziyarət edib.

Dövlət Komitəsinin nümayəndə heyətinin Rusiyaya səfəri başlayıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DiasporPress.az  xəbər verir ki, Noyabrın 26-da Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Azərbaycanın Rusiyadakı səfirliyində Ümummilli lider Heydər Əliyevin büstünü və barelyefini ziyarət edib.

Dövlət Komitəsinin sədri Fuad Muradov və nümayəndə heyətinin üzvləri Azərbaycanın görkəmli dövlət və siyasət xadimi, xalqımızın Ümummilli liderinin büstünün və barelyefinin önünə gül dəstələri düzərək, xatirəsini böyük ehtiramla yad ediblər.

Daha sonra nümayəndə heyəti 1990-cı il 21 yanvar tarixli mətbuat konfransının keçirildiyi zalda olub. O zaman Moskvada yaşadığına və M.Qorbaçov rejiminin güclü təzyiqlərinə baxmayaraq, Heydər Əliyev həmin mətbuat konfransına gələrək, Bakıda xalqımıza qarşı törədilən 20 Yanvar cinayətinə kəskin etirazını bildirmişdir. Nümayəndə heyətinin üzvləri bir daha xalqımız və onun lideri üçün ağır olan həmin günləri xatırlayıblar.

 

DiasporPress.az