Diaspor

Dövlət Komitəsinin nümayəndə heyəti İsrailin “Modkon” şirkətində olub

İsrailə rəsmi səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Akko şəhərindəki “Modkon” şirkətini ziyarət edib.

Dövlət Komitəsinin nümayəndə heyəti İsrailin “Modkon” şirkətində olubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailə rəsmi səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Akko şəhərindəki “Modkon” şirkətini ziyarət edib.

Dövlət Komitəsinin sədri Fuad Muradov “Modkon” şirkətinin prezidenti Qreqori Şaxnovski ilə görüşüb. Səmimi atmosfer və qarşılıqlı anlaşma şəraitində keçən görüş zamanı ölkəmizin diaspor siyasəti, Dövlət Komitəsinin həyata keçirdiyi layihələr, xaricdə yaşayan və biznes sahəsində çalışan soydaşlarımızla əlaqələr barədə məlumat verilib.
Qeyd edilib ki, komitənin hədəflərindən biri də biznes sahəsində uğur əldə etmiş soydaşlarımızı Vətəndə tanıtmaq, onların yaşadıqları ölkələrə, o cümlədən İsrail cəmiyyətinə yaxından inteqrasiya olmalarını təşviq etməkdir.

Daha sonra perspektivlər və gələcək əməkdaşlıq məsələləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

 

DiasporPresss.az