Ölkə

Diplomatik korpusun nümayəndələri ermənilərin Füzulidə törətdiyi vandalizm aktından dəhşətə gəldilər – VİDEO

Diplomatik korpusun nümayəndələri ermənilərin Füzulidə törətdiyi vandalizm aktından dəhşətə gəldilər – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Füzulinin Mərdinli kəndində diplomatik korpus nümayəndələrinə Ermənistanın törətdiyi dağıntılar barədə məlumat verib.

O, Mərdinli kəndinin ermənilər tərəfindən dağıdılmış məscidinin qarşısında çıxış edərkən dini məbədin nəinki dağıdıldığını, həmçinin təhqir edildiyini, orada heyvanların saxlanıldığını bildirib.

Hikmət Hacıyev ermənilər tərəfindən divarlarına təhqiramiz fotolar çəkilmiş məscid divarlarını diplomatik korpus nümayəndələrinə nümayiş etdirib.

Liviyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Əşrəf Adəm bildirib ki, bu, insanlığa sığmayan hərəkətdir.

Daha ətraflı reportajdan tanış ola bilərsiniz:

BÜNYAMİN ÇİNGİZOĞLU

Diasporpress.az