Diaspor

Diaspora Dəstək Fondunun nümayəndələri Macarıstanda

Diaspora Dəstək Fondunun nümayəndələri Macarıstandabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gündən etibarən Azərbaycan Diasporuna Dəstək Fondunun nümayəndə heyətinin Macarıstanın Budapeşt şəhərinə səfəri başlayıb.

 

DİASPORPress.az xəbər verir ki, səfərin ilk günü Budapeşt şəhərində yerləşən Azərbaycan evində yaradılmış Anım güşəsi ziyarət olunmuş, Vətənin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin ruhuna ehtiram əlaməti olaraq Anım guşəsinə gül dəstəsi qoyulub.

 

Qeyd etmək istərdik ki, 7 oktyabr tarixindən başlayan səfər 10 oktyabr tarixinədək davam edəcəkdir. Səfər çərçivəsində Macarıstanda Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə icra olunan layihələrin monitorinqi, Macarıstanda təhsil alan və yaşayan azərbaycanlı gənclər üçün Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı və bir-sıra tədbirlərdə və görüşlərdə iştirak nəzərdə tutulub.