Diaspor

Diaspor təşkilatının rəhbəri Paterson şəhər meri ilə görüşüb

Diaspor təşkilatının rəhbəri Paterson şəhər meri ilə görüşübbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan–Nyu York Assosiasiyasının rəhbəri Ercan Yerdələnlinin ABŞ-ın Nyu Cersi ştatının Paterson şəhərinin meri Andre Sayehlə görüşü keçirilib.
Danışıqlar zamanı şəhər merinə Qarabağ həqiqətləri, Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə və təcavüzkar siyasəti, Xocalı soyqırımı barədə ətraflı məlumat verilib. Eyni zamanda, əməkdaşlıq məsələləri müzakirə edilib, birgə layihələrin həyata keçirilməsi barədə ortaq razılıq əldə olunub. Paterson şəhəri ilə Bakı şəhərinin Qardaşlaşmış şəhərlər elan olunması istiqamətində əlaqələrin inkişaf etdirilməsi və bu məqsədlə birgə atılacaq addımlarla bağlı fikir mübadiləsi aparılıb.
Mer Andre Sayeh görüşdən məmnun qaldığını ifadə edib.

BÜNYAMİN ÇİNGİZOĞLU

Diasporpress.az