Diaspor

Diaspor sədri : İlham Əliyevin dünya azərbaycanlılarının Prezidenti kimi apardığı fəaliyyət bizim üçün çox böyük dəstəkdir

Rusiyanın Samara vilayətinin Tolyatti şəhərində Azərbaycan diasporunun sədri,Ələsgər Əlifovun DiasporPress.az-a müsahibə verib

Diaspor sədri : İlham Əliyevin dünya azərbaycanlılarının Prezidenti kimi apardığı fəaliyyət bizim üçün çox böyük dəstəkdirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Samara vilayətinin Tolyatti şəhərində Azərbaycan diasporunun sədri,Ələsgər Əlifovun DiasporPress.az-a müsahibəsi:

– Rusiyada, xüsusilə də Tolyattidə azərbaycanlıların hazırkı fəaliyyəti, təşkilatlanma işi necədir?

– Son bir neçə ildə Tolyattidə azərbaycanlıların fəaliyyətində dinamika var. Bu istər müxtəlif ümumilli məqsəd daşıyan tədbirlərin keçirilməsində, istərsə də yerli rəsmilərlə təmasların, birgə işlərin gerçəkləşdirilməsində özünü göstərir. Məsələn, son illər təmsil etdiyim təşkilat olaraq yerli rəsmilərlə bir neçə mühüm təmaslarımız olub. Bundan başqa, yerli təmsilçilərlə birlikdə musiqi, mədəniyyətin digər sahələri, idman üzrə bir sıra tədbirlər keçiririk. Bu, dinamika üzrə davam edir. Təşkilatlanmaya gəldikdə isə təşkilatlanmamız sürətlənir.

– Yaşadığınız ölkənin ictimai-siyasi həyatında azərbaycanlılardan hansı yeniliklər gözləyə bilərik? Ümumiyyətlə, Azərbaycan həqiqətlərinin Tolyattidə tanıdılması istiqamətində yeniliklər varmı?

– Bildiyiniz kimi, fəal gənclərdən ibarət sosial bazamız formalaşmağa başlayır ki, gələcəkdə burada da istər qanunverici orqanlarda, istər digər rəsmi sahələrdə gücümüzü sınayaq. Azərbaycan həqiqətləri burada daim bizim üçün prioritetdir. Hər il Tolyatti şəhərində Xocalı soyqırımının ildönümü ilə əlaqədar anım tədbirləri keçirdirik. Tədbirdə Tolyattidə yaşayan azərbaycanlılarla yanaşı, yerli ictimaiyyət nümayəndələri və digər qonaqlar fəal iştirak edir.

Ümumi olaraq gördüyünüz işlərə dəstək varmı? 

Azərbaycanlıların təşkilatlanması, onların diaspor və lobbiçilik fəaliyyətlərinə daha aktiv şəkildə cəlb edilməsi istiqamətində ciddi fəaliyyətə başladıq. Ümumiyyətlə, Diasporla İş üzrə Dövlət Komitəsinin yeni rəhbərliyinin son bir illər atdığı addımlar burada yaşayan biz azərbaycanlılar üçün yeni nəfəs və həvəs verib. Yuxarıda sadaladığım layihələrin gerçəkləşməsi də məhz bu amildən stimul alır. Azərbaycan dövlətinin, xüsusilə dövlət başçısı cənab İlham Əliyevin dünyadakı bütün azərbaycanlıların Prezidenti kimi apardığı fəaliyyət bizim üçün çox böyük dəstəkdir. Biz azərbaycanlılar daim bunu üzərimizdə hiss edir, etimadı doğrultmağa çalışırıq. Yeri gəlmişkən, cənab Prezidentimizin son çıxışlarını dəstəkləyirik, daim Prezidentimizin ətrafında sıx olacağımızı bildiririk. Çünki vətənimiz Azərbaycanın belə qüdrətli inkişafı xaricdəki azərbaycanlılar üçün böyük güc mənbəyi deməkdir.

DiasporPress.az