Diaspor

Diaspor fəalı və iş adamı 70 qazi və şəhid ailəsinə yardım etdi – VİDEO

Diaspor fəalı və  iş adamı 70 qazi və şəhid ailəsinə yardım etdi  – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DiasporPress xəbər verir ki,  Moskva Azərbaycanlıları İcmasının icraçı direktoru və gənc iş adamı Xəzər Qarayev  44 gün davam edən 2-ci Qarabağ döyüşlərində iştirak etmiş  70 nəfər  şəhid və qazilərimizin  ailələrinə Diaspor İnformasiya Mərkəzinin vasitəsi ilı bayram sovqatı göndərib.  Qeyd edək ki, sovqatlar Bakı, Abşeron və Sumqayıt  şəhərlərində paylanılıb.

Xəzər Qarayev uzun illər fəal diaspora fəaliyyəti ilə məşğuldur,o hal-hazırda Moskva Azərbaycanlıları İcmasının icraçı direktorudu eyni zamanda Rusiyada Fəaliyyət göstərən Mübariz İbrahimov adına idman klubunun baş sponsorudur.

Onu da vurğulayaq ki, gənc həmvətənimiz dünyanı cənginə alan COVİD19 pandemiyası dövründə də davamlı olaraq Rusiyadakı və Azərbaycandakı soydaşlarımıza maddi dəstək göstərib. Xəzər Qarayev həm Silahlı Qüvvələr Fonduna müəyyən miqdarda vəsait köçürməklə yanaşı,eyni zamanda fərdi olaraq cəbhədə döyüşən zabit və əsgərlırimizin ailələrinə də maddi dəstək durmaqdadır.

Qeyd edək ki, Xəzər Qarayevin gördüyü xeyriyyə işlərinə , Azərbaycan həqiqətlərinin dünya ictimayiətinə çatdırılması və 2020 ci ildə diaspor quruculuğu işində göstərdiyi xüsusi fəallığa görə Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov tərəfindən təltif olunub. 


Ö