Dünya

Di Kaprio Amazon meşələrinin yandırılmasında ittiham olunur

Braziliyanın prezidenti Jair Bolsonaru aktyor Leonardo Di Kaprionu Amazoniyada meşə yanğınlarını törətməkdə şübhəli bilinən qeyri-hökumət təşkilatlarına sponsorluq etməkdə ittiham edib.

Di Kaprio Amazon meşələrinin yandırılmasında ittiham olunurbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyanın prezidenti Jair Bolsonaru aktyor Leonardo Di Kaprionu Amazoniyada meşə yanğınlarını törətməkdə şübhəli bilinən qeyri-hökumət təşkilatlarına sponsorluq etməkdə ittiham edib.

“Estadao” nəşrinin məlumatına görə, prezident heç bir sübut gətirməyib, lakin aydındır ki, söhbət bazar ertəsi müxtəlif QHT-lərdən  dotasiya almaq məqsədilə yanğınlar törətməkdə şübhəli bilinən dörd nəfərin saxlanılmasından gedir. Belə ki, qeyd edilən şəxslər Ümumdünya Vəhşi Təbiət Fonduna (YF) özlərinin törətdikləri yanğınlardan fotoşəkillər satmağa cəhd edərkən ələ keçmişdilər.

“Di Kaprio əla oğlandır? Xeyr. Meşələrin (Amazoniyada – red.) yandırılması üçün pul verir… Foto çəkirlər, onu qeyri-hökumət təşkilatına göndərirlər, QHT-lər isə onu yayırlar, onlara yarım milyon dollar ödəyən Leonardo Di Kaprio ilə əlaqə saxlayırlar. Leonardo Di Kaprio, Amazon meşələrinin yandırılmasında iştirak edirsən”, – Bolsonaru tərəfdarları ilə görüşdə bildirib.

Polisdən verilən məlumata görə, ən azı üç belə QHT – “Brigada Alter do Chão”, “Aquíferos Alter do Chão” və “Projeto Saúde e Alegria” – müxtəlif təşkilatlardan vəsait almaq üçün yanğınlar törədib.

Xatırladaq ki, avqust ayında aktyor və eko-aktivist Leonardo Di Kaprio və bir sıra filantroplar “planetin ağ ciyərləri”nin xilas edilməsi üzrə təcili məsələlərin həlli üçün 5 milyon dollar həcmində Amazon meşələrinə təcili yardım fondu yaradıblar.

Qeyd edək ki, “planetin ağ ciyərləri” hesab olunan Amazon meşələrində güclü yanğınlar avqust ayında başlayıb.

 

DiasporPress.az