Ölkə

Deputat Sumqayıtda yeni zavod tikilməsini təklif etdi

Deputat Sumqayıtda yeni zavod tikilməsini təklif etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sumqayıt daha dinamik inkişaf edən bölgəyə çevrilsə də, şəhərdə müəyən problemlər hələ də qalır”.

DiasporPress.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Müşfiq Məmmədli deyib.

O bildirib ki, Sumqayıtın iqtisadi cəhətdən inkişaf etməsi orada ekoloji problemlərin yaranmasına səbəb olur:

“Belə ki, orada məişət tullantıları böyük ekoloji problemlərə gətirib çıxarır ki, bu da insanların haqlı narazılığına səbəb olur”, – deyə M.Məmmədli əlavə edib.

Millət vəkili təklif edib ki, Sumqayıtda tullantıların emal edilməsi zavodunun yaradılması istiqamətində addım atılsa, problem həllini tapar.

 

DiasporPress.az