ABŞ-ın Havay adalarındakı məşhur Pörl-Harbor hərbi bazasında atışma baş verib.
TASS xəbər verir ki, hərbi dənizçi Müdafiə nazirliyi üçün iş görən mülki şəxslərə atəş açıb sonra isə intihar edib.
Hadisənin baş vermə səbəbləri və təfərrüatları araşdırılır.
Hərbi baza Havay adalarının inzibati mərkəzi Honolulu şəhəri yaxınlığında yerləşir. Atışma baza ərazisində yerləşən gəmiqayırma zavodunda olub.
DiasporPress.az