Ölkə

Davamçılar Hərbi Qənimətlər Parkını ziyarət edib

Davamçılar Hərbi Qənimətlər Parkını ziyarət edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Diasporpress.az xəbər verir ki, ” Davamçılar ” Hərbi Qənimətlər Parkını ziyarət edib

Bildiyimiz kimi, aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə Bakıda Hərbi Qənimətlər Parkının açılışı olub.

Aprelin 14-də “Davam” Gənclər Hərəkatının Katibliyi və 200-dən çox davamçı gənc Hərbi Qənimətlər Parkına baş çəkərək düşməndən qənimət götürülən texnika ilə tanış olub. Gənclər açıq səma altında salınan parkda nümayiş olunan atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlarla yaxından tanış olaraq müxtəlif xatirə fotoları çəkdiriblər.

Hərbi Qənimətlər Parkı Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar göstərərək qazandığımız tarixi qələbənin əsəridir. Zaman ötəcək, nəsillər dəyişəcək, hər dövrün gəncləri bu parkı ziyarət edərək Azərbaycanın şanlı tarixi olan 44 günlük Vətən müharibəsi ilə bir daha qürur duyacaqlar.

 

 

Diasporpress.az