Gəncləri qarşılayan Şahdağ Turizm Mərkəzinin İdarə Heyətinin sədri Səid Salayev və “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı iştirakçıları salamlayaraq onlara xoş istirahət arzu ediblər.
Nihad Allahyarlı yaradılan şəraitdən razılığını dilə gətirərək başda Səid Salayev olmaqla mərkəzin kollektivinə öz təşəkkürünü bildirib və bundan sonra da gənclər üçün bərabər imkanlar yaratmağa, əlçatanlılıq prinsiplərini rəhbər tutmağa davam edəcəklərini gənclərin diqqətinə çatdırıb.
Ardınca isə davamçılar füsunkar təbiətin qoynunda, canlı musiqi sədaları altında müxtəlif idman oyunları, yarışmalar, rəqslər təşkil ediblər. Nahar və kofe fasiləsi zamanı yeni dostluqlar quran gənclər kvadrasikl və kanatla Şahdağın əsrarəngiz təbiətini gəzərək əyləncəli anlarla dolu maraqlı bir gün keçiriblər. Kanat gəzintisi zamanı davamçılar mərkəz ərazisində yerləşən ən uzun və ən yüksək dağ zirvəsinə qaldıran kanat xətti – qondola ilə dəniz səviyyəsindən 2100 metr hündürlüyə qalxıb, dağ zirvəsi və yamacı boyunca gözəl mənzərəni seyr ediblər.
Tur zamanı gənclərin iştirakıyla 28 May – Respublika Günü ilə əlaqədar ərsəyə gələn fləşmob zamanı davamçılar tərəfindən rabitəli düzülüş nəticəsində 1918, sonsuzluq işarəsi formalaşdırılıb, eni 10, uzunluğu 20 metr olan bayraq dalğalandırılıb. Fləşmobun məqsədi suveren Azərbaycanın əbədi və daimi olduğu mesajını vermək olub. Günün sonunda iştirakçılar xoş təəssüratlarla mərkəzdən ayrılaraq Bakıya doğru yola düşüblər.
Diasporpress.az