“Davam” Gənclər Hərəkatı və Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyi arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanması üçün görüş keçirilib.
Diasporpress.az xəbər verir ki, görüşdə “Davam” Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı və Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri Toğrul Allahverdili iştirak edib.
Görüş zamanı qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub, tərəflərin birgə təşkilatçılığı ilə “İctimai müzakirə” adlı layihənin həyata keçirilməsi ilə bağlı razılıq əldə edilib.
Danışıqların ardınca isə “Davam” Gənclər Hərəkatı və Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyi arasında əlaqələrin möhkəmləndirilməsi məqsədilə əməkdaşlıq haqqında memorandum imzalanıb.