Manşet

Daşqın Rəcəbli: Yay Düşərgəsi azərbaycanlı gənclərin Vətənə bağlılığını artırmaq məqsədi daşıyır

Daşqın Rəcəbli: Yay Düşərgəsi azərbaycanlı gənclərin Vətənə bağlılığını artırmaq məqsədi daşıyırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Üçüncü dəfədir keçirilən Yay Düşərgəsi xaricdə yaşayan azərbaycanlı gənclərin Vətənə bağlılığını artırmaq məqsədi daşıyır.

Bu fikirləri Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbəri Daşqın Rəcəbli söyləyib.

Aparat rəhbəri bildirib ki, Diaspor Gənclərinin l Yay Düşərgəsi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Şəkidə baş tutub. Yay Düşərgəsində dünyanın 37 ölkəsindən 150-dən çox gənc – ABŞ-da, Avropanın müxtəlif ölkələrində, keçmiş Sovet İttifaqı respublikalarında, Şərq ölkələrində, bir sözlə, planetimizin dörd bir yanında yaşayan soydaşlarımız iştirak ediblər.

O qeyd edib ki, “Nəsimi-650 Diaspor Gənclərinin II Yay Düşərgəsi” isə Şamaxı rayonunda təşkil edilib. Orada isə 47 ölkədən 107 gənc iştirak edib.

“Düşərgə iştirakçılarının bir qismi doğma vətənləri olan Azərbaycana ilk dəfədir səfər edirlər. Onlar Azərbaycanın tarixi, mədəni abidələri ilə tanış olub, dövlət dili barədə məlumatlandırılıb. Eyni zamanda, bu istiqamətdə təlimlərdə də iştirak ediblər”, – deyə aparat rəhbəri vurğulayıb.

Daşqın Rəcəbli söyləyib ki, növbəti Yay Düşərgəsi Şuşa şəhərində təşkil olunacaq. Bununla bağlı 400-dən çox müraciət daxil olub. Onlardan 52 ölkəni təmsil edən 116 nəfər düşərgədə iştirak üçün seçilib.

Burada iştirak edəcək gənclər 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərinin, dövlətinin yanında oldular. Yaşadıqları ölkələrdə aksiyalarda, tədbirlərdə iştirak etdilər”.

Qeyd edilib ki, Yay Düşərgəsinin iştirakçıları Şuşa şəhərində ilk dəfə olacaqlar. Bunun önəmi ondan ibarətdir ki, onlar yaşadıqları ölkələrdə bu istiqamətdə təbliğat işlərində daha məlumatlı olacaq, dünya ictimaiyyətini Qarabağ, Şuşa haqqında məlumatlandıracaqlar.

O əlavə edib ki, bu Yay Düşərgəsinin nəticəsində xarici ölkələrdəki diaspor şəbəkəmiz daha da genişlənəcək.