2023-cü ilin mart ayının 22 də Daşkənd şəhərində Heydər Əliyev adına park – xiyabanda Azərbaycan xalqının böyük Ümummilli lideri olan “Heydər Əliyev ili” nə həsr olunmuş “Novruz” Bahar bayramı tədbiri keçirilib.
Diasporpress.az xəbər verir ki, Özbəkistanın Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi və Daşkənd şəhərinin “Qardaşlık” adına Azərbaycan Mədəniyyət Mərkəzi 700-dən çox insanın iştirak etdiyi geniş formatda bayram tədbiri təşkil edib və keçiriblər.
İlk növbədə tədbir Heydər Əliyevin barelyefinə cicəklərin qoyulması ilə başlayıb.
“Qardaşlık” AzMMM-nın sədri Abdullayev Xasay Sarı oğlu ilk çıxış edərək bütün qonaqları salamlayaraq bayram tədbirinin açılışını elan edib, bayramın proqramı, Tədbirin təşkilatçıları və iştirakçıları ilə tanış olub.
Sonra Özbəkistan Respublikası Mədəniyyət və Turizm Nazirliyi yanında Millətlərarası münasibətlər və xarici ölkələrlə dostluq əlaqələri Komitəsinin sədri Qurbanov Rüstəmbəy Cavdatoviç çıxış edib. O, bütün Azərbaycan və özbək xalqını və bütün qonaqları “Novruz” bayramı münasibətilə təbrik edib.
Özbəkistan Respublikasının Prezidenti Cənab Şövkat Miromonoviç Mirziyəyevin fəxri qonaq olduğu ” Yeni Özbəkistan “parkında keçirilən ” Novruz ” Dövlət bayramınından danışdı. O, prezidentin Azərbaycan diasporuna, onun mədəniyyət mərkəzlərinə və iki qardaş dövlət arasında sıx dostluq əlaqələrinə xüsusi diqqət yetirdiyini vurğulayıb. Və Şövkat Mirziyəyevin bu yaxınlarda Azərbaycana səfərinin detallarını da acıqlandırıb.
Sonra Özbəkistan RAzMMM-nin İdarə Heyətinin sədri Məmmədov Mobil Yaqub oğlu çıxış edərək “Novruz” bayramı münasibətilə bütün iştirakçıları salamlayıb və təbrik edib. Mobil Məmmədov çıxışında qeyd edib ki, bu tədbir Heydər Əliyev ilinə həsr olunub və onun yubileyi təkcə Azərbaycanda deyil, Özbəkistan Respublikasında da qeyd olunacaq, onlar dostluq və qardaşlığın möhkəm iplərini birləşdirirlər. Azərbaycan və Özbəkistan tarixi və mədəniyyəti bir-biri ilə sıx bağlı olan ölkələrdir.
Heydər əliyev iki ölkə arasındakı münasibətlərin bu xüsusiyyətini başa düşür və yüksək qiymətləndirirdi. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Özbəkistanda hörmətli şəxsiyyətdir, onun irsi geniş öyrənilmişdir. M. Məmmədov martın 21-də Prezident Şavkat Miromonoviç Mirziyoyevin qatıldığı “Yeni Özbəkistan” parkında keçirilən bayramdan da danışıb.
Bayramlardan sonra Prezident milli mədəniyyət mərkəzlərinin və xalq sənətkarlığının sərgiləriylə taniş oldu, burada Özbəkistanın Milli diasporlarının nümayəndələri, o cümlədən Azərbaycan diasporunun nümayəndələri ilə söhbət etdi və bayram münasibəti ilə şəxsən təbrik etdi, və uğurlar arzuladı.
Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Quliyev Hüseyn Əliqulu oğlu, Daşkənd şəhərinin Mirabad rayonunun xokimi Pulatov Şuxrat Abdujabbaroviç, Azərbaycan Respublikasındakı Diasporla İş Üzrə Dövlət Komitəsinin nümayəndəsi Məmmədov Vüsal da salamlama və təbrik nitqləri səsləndiriblər.
Çıxışlardan sonra Heydər Əliyevin fəaliyyəti və iki dövlət arasında dostluq münasibətləri haqqında xronika, və “Novruz” un Azərbaycan və Özbəkistanda Ölkələrində qeyd olunması haqqında hazırlanmış videoçarx nümayiş olunub.
Sonra bayram tədbirinin bütün iştirakçıları Azərbaycan xalqının lideri H. Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sərgiyə, kitablara, foto və rəsmləri sərgisinə qatılıblar.
Sonra Azərbaycan Respublikasından dəvət olunmuş incəsənət ustaları və Özbəkistanın milli mədəniyyət mərkəzlərinin bədii kollektivlərinin çıxış etdiyi bayram konserti keçirilib.
Konsertdən sonra Azərbaycan qonaqpərvərliyinin ən yaxşı ənənələrində iştirak edənlərin hamısı bayram süfrələrinə dəvət olunaraq onlara ənənəvi Azərbaycan mətbəxinin yeməklərini-dolma, Azərbaycan plovu, dovqa (ayran), boyalı yumurta, göyərti qutabi və s., eləcə də müxtəlif milli şirniyyatlarını dadmaq təklif olunub.
Bayramın sonunda Azərbaycanda “Novruz” bayramının adətinə uyğun olaraq bayram TONQALI yandırılıb və gənclərin təşəbbüsü ilə Özbəkistan Respublikası və Azərbaycan Respublikasının himnləri səsləndirilib.