Dünya

Daha bir ölkə nüvə silahı əldə edəcək – QORXUNC İDDİA

Yaponiya mülki nüvə stansiyalarının inkişafı adı ilə çoxlu miqdarda nüvə yanacağı əldə edib. Yaponiya bunun sayəsində ALTI minə yaxın nüvə bombası istehsal edə bilər.

Daha bir ölkə nüvə silahı əldə edəcək – QORXUNC İDDİAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya mülki nüvə stansiyalarının inkişafı adı ilə çoxlu miqdarda nüvə yanacağı əldə edib. Yaponiya bunun sayəsində ALTI minə yaxın nüvə bombası istehsal edə bilər.

DiasporPress.az-ın məlumatına görə, Çinin “Sohu” nəşri belə iddia ilə çıxış edib.

“Nüvə gücü Çinin qapısının ağzındadır. Bu, təkcə Rusiya və ABŞ deyil, həm də həmişə kölgədə qalan Yaponiyadır”, – deyə məqalədə bildirilib.

Qəzet yazıb ki, Yaponiya özünümüdafiə qüvvələri döyüş effektivliyi baxımından dünyada 10 ölkədən biridir.

“Yaponiyanın nüvə silahı yaratmasına icazə verilməsə də, bu ölkə inkişaf etmiş nüvə elektrik stansiyaları tikdi. Elektrik enerjisi istehsal etmək üçün nüvə enerjisindən istifadə etdi. Yaponiya nüvə silahı yaratmasa da, nüvə texnologiyasından istifadə üzrə dünya lideridir”, – deyə yazıda qeyd olunub.

Nəşr bu qənaətə gəlib ki, Yaponiya hərbi əməliyyatlar başlayacağı təqdirdə asanlıqla nüvə silahı hazırlaya bilər.

1968-ci ildə imzalanan Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə əsasən 1967-ci ilin yanvarın 1-dək bu cür silahları sınaqdan keçirən ölkələr nüvə gücləri kimi tanınır.

Nüvə güclərinə ABŞ, Rusiya, İngiltərə, Fransa və Çin daxildir. Bununla belə Hindistan, Pakistan, İsrail və Şimali Koreyanın da nüvə silahına sahib olması qəbul edilir.

Yaponiyada 1946-1977-ci illər arasında yeni Konstitusiyası elan olundu. Qanunla imperator faktiki olaraq siyasi gücünü itirdi və silahlı qüvvələr yaratmaqdan imtina edildi. Bunun əvəzində özünümüdafiə qüvvələri yaradıldı.

 

DiasporPress.az