Bosniya və Herseqovinanın Azərbaycanda səfirliyi açılacaq.
Bu barədə Bosniya və Herseqovinanın Prezident Ofisi yeni diplomatik və konsulluq nümayəndəliklərinin açılması üçün ölkənin Xarici İşlər Nazirliyinin əsaslandırma planı və təhlilinə istinad edərək qərar qəbul edib.
Azərbaycanla yanaşı, Keniya, Slovakiya, Braziliya, Əlcəzair, Mərakeş və Tunisdə də Bosniya və Herseqovinanın səfirlikləri açılacaq.
Qeyd edək ki, Bosniya və Herseqovina Respublikasının iqamətgahı Ankarada olmaqla Azərbaycan Respublikasında akkreditə olunmuş səfiri fəaliyyət göstərir.
Diasporpress.az