Ölkə

Daha bir deputatın övladı seçkilərə getdi- MİRKAZIM KAZIMOVUN DA OĞLU NAMİZƏD OLDU

Daha bir deputatın övladı seçkilərə qatılıb.

Daha bir deputatın övladı seçkilərə getdi- MİRKAZIM KAZIMOVUN DA OĞLU NAMİZƏD OLDUbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daha bir deputatın övladı seçkilərə qatılıb.

Etikxeber.az-ın xəbərinə görə, bu, Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Mirkazım Kazımovun oğlu Səid Kazımovdur.

Qeyd edək ki, 4 dəfə millət vəkili M. Kazımov bu dəfə YAP-ın siyahısından kənarda qalıb, 5-ci dəfə namizədliyi irəli sürülməyib.

Lakin oğlu S. Kazımov 69 saylı Cəlilabad-Masallı-Biləsuvar Seçki Dairəsindən seçkilərə qatılıb.

Namizədliyi  69 saylı Dairə Seçki Komissiyası (DSK) tərəfindən qeydə alınıb.

Xatırladaq ki, həmin dairəni hazırda Milli Məclisdə (MM) 4 dəfə millət vəkili olan Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədr müavini, professor Fəzail İbrahimli təmsil edir.

F. İbrahimli yenidən həmin dairədən seçkilərə qatılıb və namizədliyi qeydə alınınıb.

YAP isə həmin dairədən Etibar Sadığovun (Peşə Tədrisi Mərkəzinin direktoru) namizədliyini irəli sürüb.

Onu da qeyd edək ki,  ixtisasca hüquqşünas olan S. Kazımov  ARMEA-nın Azad Həmkarlar İttifaqında hüquq müfəttişi vəzifəsində çalışır.

Onun 38 yaşı var.

 

DiasporPress.az