Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 30 saylı Suraxanı Birinci Seçki Dairəsi üzrə daxil olan müraciətlərə baxılıb.
DiasporPress.az-ın xəbərinə görə, bu barədə MSK üzvü İlham Məmmədov məlumat verib.
O qeyd edib ki, həmin dairədən deputatlığa namizəd Samirə Rəfullayeva müraciətində məntəqələrdə pozuntuların olduğunu bildirib.
S.Rəfullayeva dairə üzrə nəticələrin etibarsız sayılmasını tələb edib.
MSK-nın iclasında qərara alınıb ki, Milli Məclisə seçkilərlə əlaqədar 30 saylı Suraxanı Birinci Seçki Dairəsinin 12, 14, 16 və 18-ci məntəqələrində nəticələr etibarsız hesab edilsin.
Qeyd edək ki, həmin dairənin lider namizədi Sevinc Fətəliyevadır.
DiasporPress.az